ABŞ-ın Virciniya Universitetinin professoru Nabil ƏlTikriti Bakı Dövlət Universitetinin Tarix fakültəsində olub. Amerikanın Fulbrayt Təhsil Proqramı çərçivəsində səfər edən qonaq tarix fakültəsinin tələbələri üçün mühazirələr oxuyub.
Qeyd edək ki, BDU-nun Beynəlxalq şöbəsi, Tarix fakültəsinin təklifi ilə professor Avropa və Amerikada tarixi tədqiqatların yeni metodları üzrə proqram hazırlayıb.