Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimi Təhminə Aslanova Çexiyanın Masarik Universitetində dərslər aparacaq. O, BDU-nun Çexiyanın Masarik Universiteti ilə Erasmus+ KA01 tələbə-müəllim mübadiləsi layihəsinə əsasən təqaüd qazanıb. T.Aslanovanın ezamiyyət müddəti beş gün davam edəcək.