ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Tarix fakültəsinin əməkdaşları Pandemiya dövründə elmi tədqiqatlarını davam etdib.

15/05/2020

Tarix fakültəsinin əməkdaşları Pandemiya dövründə elmi tədqiqatlarını davam etdirir, müxtəlif tədbirlərə dəvət edilir, konfranslarda iştirak edirlər. Əlbəttə ki, bütün bu iştiraklar müxtəliv onlayn toplantı imkanı verən platformalar üzərindən həyata keçirilir.

Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri dosent Azad Rzayev 2020-ci il mayın 11-də Qazaxstanın Almatı şəhərində keçirilən II Dünya müharibəsinin bitməsinin 75 illiyinə həsr olunmuş "Keçən illər canlı yaddaşdır" («Минувших лет живая память») adlı onlayn konfransda iştirak edib. Əl-Fərabi adına Qazax Milli Universitetinin təşkilatçılığı ilə keçirilən konfransın tərəfdaşları BDU-nun Rus mərkəzi, Qırğız respublikasının Oş Dövlət Universiteti, Özbəkistan respublikasının Namanqan vilayətinin Rus mədəniyyət mərkəzi və digər qurumlar olub. Dosent Azad Rzayev konfransda "Bakı II Dünya müharibəsi illərində" adlı mövzu ilə çıxış edib. Video material şərhdə yerləşdirilib.

Əlavə edək ki, dosent Azad Rzayevin bu dövrdəki elmi fəaliyyəti zəngin olmuşdur:24 aprel 2020-ci il - ADPU-nun təşkilatçılığı ilə "Azərbaycanda və dünyada pandemiya şəraitində tarixin tədrisi prosesində informatika və kommunikasiya texnologiyalarından istifadənin rolu» adlı beynəlxalq elmi video-konfrans. Video-konfransda ADPU-nun professor-müəllim heyəti, UNEC-in “Humanitar fənlər” kafedrasının müdiri t.e.d., professor Vekil Hesenov, xaricdən: Türkiyə Cümhuriyyətinın Bakı üyükelçiliyinin Təhsil müşaviri Dr. Nihat Büyükbaş , Rusiya Federasiyası Kazan Federal üniversitetinin kafedra müdürü prof. Rail Faxrutdinov, t.f.d. Ayrat Tuxvatulin, dekan müavini Alla Şakirova, dos. Albina Fayzullina, Albina İmamutdina ve başqaları çıxış ediblər. Mövzular ətrafında geniş müzakirə aparılıb. dos. Azad Rzayev konfransda "Onlayn dərslərdə video və aydio materialların istifadəsi" mövzusunda məruzə edib.

7 may 2020-ci il - ADA Universitetinin nəzdində fəaliyyət göstərən liseydə 11-ci sinif şagirdləri üçün Azərbaycan tarixi kafedrasının müdiri dos. Azad Rzayevin iştirakı ilə onlayn açıq dərs keçirib. Mövzu "Azərbaycan II Dünya müharibəsi illərində və Heydər Əliyevin anadan olmasının 97-ci ildünümü". Mövzu məktəblilərin marağına səbəb olub. 10 may 2020-ci il - Xəzər TV-də II Dünya müharibəsinin bitməsinin 75 illiyinə həsr olunmuş verlişdə istirak edib.

 

Bookmark and Share