ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Tarix fakültəsi Türk xalqları tarixi kafedrasının dosenti Türkiyədə ixtisasartırma kursu keçib

06/06/2018

Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasının dosenti Sevinc Ruintən Türkiyənin Uludağ Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin Siyasi tarix kafedrasında ixtisasartırma kursu keçib. İxtisasartırma kursu müddətində S.Ruintən Siyasi tarix kafedrasının müdiri, professor Barış Özdal, dosent Kader Özlem və müəllim Murat Jane ilə birlikdə bakalavr və magistratura təhsili pilləsinə aid dərslərdə iştirak edib. O, bakalavr pilləsində “Osmanlı diplomatiya tarixi”, “Diplomatiya tarixi-2”, “Soyuq müharibə sonrası türk cümhuriyyətləri”, magistratura pilləsində isə “XX əsr dünya tarixi” mövzularında mühazirələr oxuyub, magistrantların “1985-1991: Soyuq müharibənin sonu” mövzusunda keçirilən müzakirələrinə qatılıb.

Bundan əlavə, S.Ruintən Beynəlxalq münasibətlər kafedrasının professor Muzaffer Ercan Yılmazın magistratura təhsili pilləsində “Beynəlxalq münaqişələrin həlli”, doktorantura təhsil pilləsində “Beynəlxalq iqtisadi siyasət” dərslərində “Geosiyasi və geoiqtisadi baxımdan Qafqaz-Mərkəzi Asiya regionu” mövzularında mühazirə oxuyub. O, Beynəlxalq münasibətlər fakültəsində keçirilmiş “9 May Avropa günü”nə həsr olunmuş tədbirdə iştirak edib, Siyasi tarix kafedrası doktorantlarının dissertasiyalarının müzakirəsinə qatılıb. Bundan əlavə, BDU-da bakalavr təhsil pilləsində “Türkiyə tarixi”, magistratura təhsil pilləsində “Ölkəşünaslıq (Türkiyə üzrə)” ixtisası dərslərində istifadə üçün faydalı olacaq ədəbiyyatlarla tanış olub, BDU-da magistratura təhsil pilləsində “Ölkəşünaslıq (Türkiyə üzrə)” ixtisasında tədris üçün nəzərdə tutulan “Türkiyə Cümhuriyyətinin xarici siyasəti” fənni üzrə eyni adlı dərs vəsaiti üzərində işi başa çatdırıb.

Səfər çərçivəsində Bakı Dövlət Universitetinin Tarix fakültəsi Türk xalqları tarixi kafedrası ilə Uludağ Universiteti Beynəlxalq münasibətlər fakültəsinin Siyasi tarix kafedrası arasındakı uğurlu əməkdaşlıq əlaqələri,adıçəkilən universitetin Fənn-Ədəbiyyat fakültəsinin Tarix, Arxeoloji və Türk dili və Ədəbiyyatı bölümləri ilə dəmünasibətlərin qurulması istiqamətində müəyyən müzakirələr aparılıb.

Bookmark and Share