ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Tarix fakültəsinin dosenti Sevinc Ruintən “Yerelden Küresele: Türkiye – Türk dünyası ilişkilerinin dünü, bugünü ve Yarını” mövzusunda konfransda iştirak edib

15/10/2018

Türk xalqları tarixi kafedrasının dosenti Sevinc Ruintən11-12 Oktyabr 2018-ci il tarixindəTürkiyə İqtisadi, Siyasi və Sosioloji Araşdırmalar Mərkəzinin (TESAM) Marmara Universiteti (İstanbul, Türkiyə) ilə birlikdə İstanbulda keçirdiyi “Yerelden Küresele: Türkiye – Türk dünyası ilişkilerinin dünü, bugünü ve Yarını” mövzusunda III Uluslararası Sosyal Bilimler Kongresində “Ermənistanın Milli təhlükəsizlik strategiyası baxımından Türkiyə və Azərbaycana münasibəti” adlı məruzə ilə iştirak etmişdir.2 gün davam edən kongresdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tatarıstan (Rusiya) və Makedoniyadan gəlmiş 100-ə yaxın araşdırmaçının iştirakı ilə 16 paneldə günümüzdə Türk dünyasında mövcud vəziyyət, Türkiyənin Türk dünyası ilə münasibətlərinin müxtəlif aspektləri haqda məruzələr dinlənilib, müzakirələr keçirilib. Sonda iştirakçılara konfransda iştirakları haqda sertifikatlar təqdim edilib.

Bookmark and Share