ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Tarix fakültəsinin dosenti Sevinc Ruintən Uludağ Uluslararası İlişkiler Kongresində iştirak edib

12/10/2018

Türk xalqları tarixi kafedrasının dosenti Sevinc Ruintən 8-10 Oktyabr 2018-ci il tarixində Türkiyənin Uludağ Universiteti (Bursa) İqtisadi və İdari Bilimlər Fakültəsi tərəfindən keçirilən“Diplomasi ve Savaşın Değişen Rolü” mövzusunda X.Uludağ Uluslararası İlişkiler Kongresində “XX əsrin sonundaCənubi Qafqazda etnik sərhədlər və türk düşmənliyi problemlərinin yenidən gündəmə gəlməsi. Səbəbləri, mahiyyəti” adlı məruzə ilə iştirak etmişdir.

Dos.S.Ruintən artıq bir neçə ildir ki, bu konfransların Elmi komitəsinin üzvü, eyni zamanda müzakirələrin keçirildiyi panellərdən birinin rəhbəri seçilir. Ümumilikdə, Uludağ Uluslararası İlişkiler Kongresi (UCİR) - Uludağ Universiteti İİBF Uluslararası İlişkiler bölümü tərəfindən 2011-ci ildən keçirilməsinə başlanılmış beynəlxalq konfransdır. Hər il keçirilən bu konfranslarda müxtəlif ölkələrdən gəlmiş çoxsaylı mütəxəssislərin iştirakı ilə günümüzün aktual mövzuları ətrafında müzakirələr aparılır, məruzələr dinlənilir. Bu il 10-cusu keçirilən 3 gün davam edən konfransda 17 ölkədən gəlmiş 143 araşdırmaçının iştirakı ilə 36 paneldə “Diplomatiya və müharibənin dəyişən rolu” mövzusu ərtafında müzakirələr aparılıb.

Sonda iştirakçılara konfransda iştirakları haqda sertifikatlar təqdim edilib.

Bookmark and Share