ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı tələbələrlə görüşüb

14/11/2017

Tarix fakültəsində "Elektron kitabxana" mövzusunda görüş keçirilib. Tarix fakültəsinin birinci kurs tələbələrinə İxtisasa giriş fənni ilə əlaqədar təşkil edilən görüşü açan Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov Bakı Dövlət Universiteti, o cümlədən onun Elmi kitabxanası barədə danışıb. Bildirib ki, Elmi kitabxana respublikanın ali təhsil ocaqlarının ən zəngin kitabxanalarındandır. Belə ki, tələbələrin və professor-müəllim heyətinin mədəni və mənəvi mərkəzi olan Elmi kitabxana həm respublika ali məktəb kitabxanaları ilə, həm də 21 ölkənin 49 universiteti və beynəlxalq nəşriyyatları ilə informasiya mübadiləsi aparır. Sonda tələbələrin sualları cavablandırılıb.

Bookmark and Share