ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Tarix fakültəsinin dekanı Rzayev Azad “İkinci dünya müharibəsi və Azərbaycan” adlı respublika konfransda iştirak edib

19/11/2015

Tarix fakültəsinin dekanı Azad Rzayev Noyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu və Qərb Universitetinin birgə təşkilatçılığı ilə “İkinci dünya müharibəsi və Azərbaycan” adlı respublika konfransıda iştirak edib. Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov geniş çıxışında Azərbaycan xalqının, Bakı neftinin II Dünya müharibəsində rolundan söz açıb. O, bildirdi ki, 9 May qələbəsi ilə dünya faşizm kimi bir bəladan xilas oldu: “Yusif Məmmədəliyevin ixtirası ilə II Dünya müharibəsində dönüş yarandı. Azərbaycan xalqının zəkasının faşizm üzərində qələbədə mühüm rolu vardır”. Tarixçi-alim çıxışında dedi ki, müharibənin gedişatında da Azərbaycanın ziyalı oğullarına qarşı ermənilərin soyqırım xətti olmuşdur. AMEA-nın müxbir üzvü çıxışında onu da qeyd etdi ki, sovet dönəmində qəsdən cəmiyyətə yalançı tarixi sırıyıblar, ona görə də hazırda Azərbaycan tarixi yenidən araşdırılır. Elmi konfransda daha sonra alimlər Cəbi Bəhramovun “İkinci Dünya müharibəsi və Bakı nefti”, İradə Bağırovanın “İkinci Dünya müharibəsi və Böyük Vətən müharibəsinin müasir tarixşünaslığı”, Sevinc Əliyevanın “Azərbaycanlılar İkinci Dünya müharibəsi cəbhələrində”, Azad Rzayevin “Azərbaycan sənayesi və nəqliyyatı Böyük Vətən müharibəsi illərində”, Şahin Bağırovun “İkinci Dünya müharibəsi və Azərbaycanın elitası”, Mehman Həsənovun “İkinci Dünya müharibəsinin başlıca xüsusiyyətləri və müharibədə Azərbaycanın iştirak səbəbləri” adlı elmi məruzələri dinlənildi.

Bookmark and Share