ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev Gürcüstanda beynəlxalq elmi konfransda olub

03/05/2018

Gürcüstanın paytaxtı Tbilisi şəhərində 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş «Soyqırım hadisələri müasir elmi araşdırmalarda» mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransda Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev "1918-ci ildə azərbaycanlıların soyqırımının səbəbləri" mövzusunda məruzə edib. Müzakirələr zamanı bu tarixi faciənin bütün dünya alimlərinə çatdırılması məsələsi xüsusilə vurğulanıb.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Billik Fondu, Gürcüstanın Azərbaycandakı səfirliyi, Mirzə Fətəli Axundovadına Azərbaycan Mədəniyyət muzeyinə Gürcüstan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə baş tutub.

Bookmark and Share