ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Tarix fakültəsinin 2019/20-ci tədris ilinin dərsləri gələn həftə başa çatır.

18/05/2020

Gələn həftə 2019/20-ci tədris ilinin dərsləri başa çatır. Bu il yaz semestrində xüsusi bir dövrü yaşadıq: dərslər Pandemiya (COVİD-19) ilə əlaqədar onlayn qaydada keçirildi. Mövcud çətinliklərə baxmayaraq müəllimlərimiz və tələbələrimiz öyrənmə və öyrətmə vərdişlərini davam etdirdilər, texnoloji imkanlardan istifadə edərək görüşdülər.

Tarix fakültəsinin müəllim heyəti, hər həftə dərslərə aid məlumatlar və şəkillər paylaşaq. Verilən məlumatlar, eyni zamanda, bu günlərimizdən unudulmaz xatirə olaraq qalacaq.

Əlbəttə ki, tarix fənləri üçün canlı auditoriyanı onlayn dərs əvəz edə bilməz. Onlayn dərslərin də öz problemləri olur. Xüsusilə, əgər texniki problemlər müəllimlərdən asılı olmursa.Məsələn, əgər kameralar sönülüdürsə və müəllim qarşısında heç bir emosiya olmayan şəkillər görürsə, mühazirə söyləmək daha çətin olur.Sönmüş kameralar qarşısında müəllimlərimizin hansı çətinliklərlə qarşılaşdığını təsəvvür etmək çətin deyil.... Bu gün sönmüş kameralarda keçirilən dərslərə aid görüntüləri ayrıca paylaşıblar.

Bu dövrdə dərs keçən bütün müəllimlərimizə fədakarlıqlarına görə dərin minnətdarlığımızı bildiririk. Dərslərdə iştirak edən tələbələrimizə uğurlar arzu edirik. Düşünürük ki, bu çətinlikdən həm dövlət olaraq, həm də Universitet və Tarix fakültəsi olaraq birlikdə çıxmağı bacardıq.

 

Bookmark and Share