ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Tarix fakültəsində “Web of science” məlumat bazasından istifadə qaydaları barədə III seminar-treninq keçirilib.

10/07/2019

«Dünya azərbaycanlıları: tarixi demoqrafiya» elmi-tədqiqat laboratoriyasının Nizamnaməsinə və Elm haqqında Azərbaycan respublikasının qanununa uyğun olaraq elmi tədqiqatların ərzəsəyə gəlməsi və ictimaiyyətə çatdırılması istiqamətində müntəzəm olaraq seminar və treninqlər, eyni zamanda, əhali və ərazi məsələləri mövzusunda elmi konfrans və seminarlar keçirilir. Həmçinin, gənclərin elmə cəlb edilməsi və elmin tədrislə əlaqələndirilməsi istiqamətində işlər aparılır.

İyul ayının 3-dən başlayaraq 1 həftə ərzində «Dünya azərbaycanlıları: tarixi demoqrafiya» elmi-tədqiqat laboratoriyasının dosenti Səidə Quliyeva tərəfindən Tarix fakültəsində “Web of science” məlumat bazasından istifadə qaydaları barədə III seminar-treninq keçirilib.

Seminar-treninq zamanı fakültə əməkdaşlarına və doktorantlara “Web of science” (Clarivate Analytics, keçmiş Thomson Reuters) bazasında mövzu, müəllif, jurnal və digər xüsusiyyətlərə uyğun axtarış aparmaq, çap üçün jurnal seçmək, "yırtıcı" jurnalları fərqləndirmək və digər proseslər izah edilib. Treninqlər zamanı əməkdaşlar fərdi olaraq vərdişlərini formalaşdıra biliblər, öz mövzularına uyğun jurnallar taparaq tələblərlə tanış olublar.

Əlavə edək ki, Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il Sərəncamı ilə təsdiq edilən elmi dərəcələrin və elmi adların verilməsi barədə Əsasnamələrə əsasən iddiaçılar beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə məqalə dərc etdirməlidirlər.

Bookmark and Share