IX.14. 2018-ci il Bakı Dövlət Universitetin ( BDU) Tarix fakültəsində birinci kurs tələbələri ilə görüş olub. Dekan, dosent Azad Rzayev valideynləri və tələbələri təbrik edib, universitetin, o cümlədən tarix fakültəsinin tarixi, kafedraları, görkəmli məzunları, fakültədə yaradılmış şərait, Bolonya prosesi barədə ətraflı məlumat verib. Dekan tələbələri dərslərlə yanaşı ictimai işlərdə də fəal olmağa səsləyib. Fakültənin dekan müavinlərinin də iştirak etdiyi görüşdə daxili nizam-intizam qaydaları, imtahan prosesi və s. haqqında danışılıb, tələbələrin sualları cavablandırılıb.