BDU Tarix fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Binəqədi Gənclər Evində intellektual yarış keçirilib. İntellektual yarışın sualları TEC-nin Milli Düşüncə Mərkəzinin rəhbəri Musa Kazımlı tərəfindən hazırlanıb. Üç turdan ibarət yarışda müxtəlif universitetləri 10 komanda təmsil edib. BDU-nun Tarix fakültəsinin tələbələrindən ibarət "Everest" komandası 1-ci yerin qalibi olub. 2-ci və 3-cü yerin qalibləri də təyin edildikdən sonra diplomlar təqdim edilib, onlara "Türk kitab"dan hədiyyələr verilib.