ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Tarix fakültəsinin Tələbə Elmi Cəmiyyətinin üzvləri I BDU Model OİC konfransının təşkil olunmasında iştirak ediblər

29/11/2017

Tarix fakültəsinin Tələbə Elmi Cəmiyyətinin üzvləri I BDU Model OİC konfransının təşkil olunmasında iştirak ediblər. "Qətər məsələsinin həllinin yolları" mövzusunda olan simulyasiya üç moderator - Kərimova Ayan (Tarix fakültəsinin III kurs tələbəsi, Tələbə Elmi Cəmiyyyətinin sədri, BDU Model OİC-in prezidenti), Mustafayeva Lamiyə (Tarix fakültəsi III kurs tələbəsi, BDU Model OİC-in vitse-prezidenti) və Athar Mahmud (Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi, BDU Model OİC-in ictimai əlaqələr şöbəsinin direktoru) tərəfindən idarə olunub. Simulyasiyada Tarix fakültəsinin tələbələri ilə yanaşı, BDU-nun Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Filologiya fakültələrinin tələbələri də iştirak ediblər.

Sonda qalib dövlətin təmsilçisi kimi Ələkbərli Tural, ən yaxşı nümayəndə kimi Dadaşzadə Ənvər, ən yaxşı debatçı kimi Allahverdiyeva Zəroş, ən nəzakətli nümayəndə kimi Novruzova Fəridə, ən yaxşı debütant kimi Ağayeva Leyla və ən yaxşı geyim nominasiyası ilə Ağalarov Mircavid fərqlənmə sertifikatları ilə təltif olunublar.

Bookmark and Share