ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Tarix fakültəsində “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində tədbir keçirilib

27/02/2017

Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində Azərbaycan Respublikasının İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarixçi-alim Nazim Mustafanın “Yelizavetpol quberniyasında udi kəndləri: biz nə bilirik?” mövzusunda mühazirə oxuyub. XIX əsrin ikinci yarısında Yelizavetpol quberniyasında qeydə alınan udilərin öz indentikliyini qoruyub saxlamasından, tarixin mürəkkəb, keşməkeşli mərhələlərini yaşamalarından danışan tarixçi-alim Nazim Mustafa udilərin süni şəkildə erməniləşməyə məruz qalmasından, maddi-mədəni irslərinin, arxivlərinin ələ keçirilməsindən də bəhs edib. Azərbaycan dövləti tərəfindən Qafqaz Albaniyasının maddi-mədəni irsinin qorunması, Qəbələ rayonunun Nic kəndində və Oğuz şəhərində yaşayan udilərə məxsus tarixi-memarlıq abidələrinin mühafizə edilməsi ilə bağlı auditoriyaya ətraflı məlumat verən alim onların mədəniyyətlərinin inkişaf etdirilməsi və dillərinin qorunması sahəsində həyata keçirilən ardıcıl tədbirlər haqqında da danışıb. Auditoriyanın marağına səbəb olan mühazirədən sonra Nazim Mustafa iştirakçıların suallarını cavablandırıb. Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən həyata keçirilən adıçəkilən layihənin məqsədi ölkə tədqiqatçılarının əldə etdiyi nəticələri geniş auditoriyaya çatdırmaqdır.

Bookmark and Share