ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Tarix Fakültəsində onlayn dərslər davam edir

11/05/2020

Tarix fakültəsində onlayn dərslər keçən həftə də davam etdi. Dərslər həm bakalavriat, həm də magistratura səviyyələrində yüksək keyfiyyətlə keçirililir. Müəllimlərimiz onlayn dərslərdə texniki imkanlardan daha müntəzəm istifadə edir, xəritə və təqdimatlar vasitəsilə dərsləri daha da maraqlı edirlər. Tədris ilinin bitməyinə 2 həftə qalır.Dərslərlə əlaqədar müəllim və tələbələrimizin təəssuratlarını maraqla gözləyirik.

Qədim dünya və orta əsrlər tarixi kafedrasının dosenti Elvira xanım Lətifova Pandemiya dövründə keçirilən dərslər barədə təssüratlarını yazır:

Magistratura dərsləri ilə bağlı öz payıma deyə bilərəm ki, online rejimdə dərslərimiz daha verimli olur, çünki normalda bildiyimiz kimi, auditoriya çatışmazlığı səbəbindən dərsləri kafedralarda keçməli oluruq, belə olduqda isə həm müəllimin həm də tələbınin diqqəti zaman-zaman yayınır. Online ortamında isə tam olaraq dərsə konsentrasiya olunuruq. Amma eynisini bakalavr pilləsinə şamil etmək olmaz, çünki canlı auditiriyanı heç bir online dərs əvəz edə bilməz! Tezıiklə normal dərslərə dönmək diləyi ilə hamımıza uğurlar!


Bookmark and Share