ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Tarix Fakültəsində onlayn dərslər davam edir

27/04/2020

Dünyada sürətlə yayılmağa davam edən yeni tipli koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq məqsədilə dövlət səviyyəsində qətiyyətli tədbirlər görülür. Son yüz ildə bəşəriyyətə ən güclü həmlələrdən hesab edilən infeksiya səbəbindən ölkəmizdəki təhsil müəssisələrində tədris prosesi dayandırılıb, əhaliyə özünütəcrid tədbirlərinə uyğun davranmaq tövsiyə olunub.

Tədris prosesinin dayandırıldığı ilk günlərdən BDU-nun Tarix fakültəsinin professor-müəllim heyəti müxtəlif platformalardan istifadə edərək, tələbələrlə görüşür, dərslərə aid müzakirələr aparırdılar. BDU üzrə müəllim və tələbələrin Microsoft Teams platformasına inteqrasiya prosesi tamamlandıqdan sonra martın 29-dan başlayaraq Tarix fakültəsində də dərslər onlayn qaydada keçirilir. I, II və III kurs tələbələri yaz semestri üçün tərtib edilmiş dərs cədvəlinə əsasən Microsoft Teams platformasından istifadə etməklə mühazirələrə qoşula bilirlər. Müəllimlərin dərslərinin video qeydiyyatını aparmaqla, texniki səbəblərdən mühazirələrə qoşula bilməyən tələbələrə sonradan bu dərsləri dinləmək imkanı yaradırlar.

Əlavə edək ki, dərslərə BDU-nun, həmçinin fakültə dekanlığının nümayəndələri nəzarət edirdi.

Bookmark and Share