ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Tarix fakültəsində “Müstəqil Azərbaycanın 25 il ərzində keçdiyi tarixi yol” adlı elmi-praktik konfrans

09/12/2016

Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Müstəqil Azərbaycanın 25 il ərzində keçdiyi tarixi yol” adlı elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə Azərbaycanın 25 il ərzində keçdiyi şərəfli tarixdən bəhs edib. Qeyd edib ki, bu müddət ərzində beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilib. “Milli ideologiyanın formalaşmasında Heydər Əliyevin rolu” adlı məruzə ilə çıxış edən Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev qeyd edib ki son dərəcə ağır bir vaxtda xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev Azərbaycanı məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi və ölkənin gələcək inkişafı üçün əsaslı zəmin yaradıldı. Daha sonra tarix üzrə elmlər doktoru Nuru Məmmədov “Heydər Əliyev müstəqilliyimizin möhkəmlənməsinin banisidir” və Tələbə Elmi Cəmiyyətinin sədri, III kurs tələbəsi A.Bayramova “Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir” adlı məruzələrlə çıxış ediblər.

Bookmark and Share