ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Tarix fakültəsində Müsəlmanlara, xristianlara və yəhudilərə qarşı Erməni Soyqırımı kitabının təqdimat olub

25/10/2017

Tarix fakültəsində araşdırmaçı alim Xaqani İsmayılın "Müsəlmanlara, xristianlara və yəhudilərə qarşı Erməni Soyqırımı" kitabının təqdimatı olub. "Müasir İnkşaf" İctimai Birliyinin dəstəyilə keçirilən təqdimatda çıxış edən dekan Azad Rzayev kitabın arxiv materialları, o cümlədən Avropa arxivlərinə aid sənədləri əks etdirdiyini xüsusi vurğulayıb. Daha sonra müəllif kitabın yazılma tarixi barədə ətraflı məlumat verib. Tədbirdə "Müasir İnci" İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Mübariz Göyüşlü, tarix elmləri doktoru Kamran İsmayılov, Tarix fakültəsinin dosenti Atamoğlan Məmmədli, tarix üzrə fəlsəfə doktoru Ramiz Əsgər, professor Ziyadxan Həbibbəyli və Asif Məmmədlinin çıxışları dinlənilib. Onlar kitabın gənc nəslin vətənpərvərlik ruhunun möhkəmlənməsinə təsiri, o cümlədən tarixi əhəmiyyətindən bəhs ediblər.

Bookmark and Share