Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Tarix fakültəsinin I kurs tələbələri arasında “Fikir intibahi” adlı intellektual-viktorina keçirilib. 11 komandadan ibarət viktorinada ümumilikdə 55 tələbə iştirak edib. İştirakçılara hazırlıq məqsədi ilə 200-dək sual təqdim edilib, viktorinada onlardan 45-i cavablandırılıb. Üç mərhələdən ibarət olan yarışın finalında “Antropoloqlar”, “Edelveys” və “Victori” komandaları mübarizə aparıb. Yarış “Victori” komandasının qalibiyyəti ilə başa çatıb. Qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.