ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Tarix fakültəsində elmi seminar keçirilib

21/02/2022

21 fevral 2022-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində "Azərbaycanda Çar Rusiyasının müstəmləkəçi rejiminin qurulması və onun özünəməxsus xüsusiyyətləri" mövzusunda elmi seminar keçirilib. Seminar iştirakçılarını salamlayan Tarix fakültəsinin elmi işlər üzrə dekan müavni Kəmalə Nəcəfova 1828-ci ildə Rusiya imperiyası ilə Qacarlar dövləti arasında imzalanan, Azərbaycan torpaqlarının Araz çayı boyunca iki yerə parçalanması ilə nəticələlən Türkmənçay müqaviləsinin ildönümünə təsadüf edən elmi seminarın mövzusunun aktuallığı haqqında qısa məlumat verdi, bu tip tədbirlərin əsas məqsədinin fakültə əməkdaşlarının və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırmaqdan ibarət olduğunu bildirdi.
Elmi seminarda Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mehman Abdullayev eyni adlı məruzə ilə çıxış etdi. Elmi seminarda XIX əsrin ilk onilliklərində Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq planını həyata keçirməsi, Çar hökümətinin Azərbaycanda müstəmləkəçi siyasətinin əsas istiqamətləri, rus-müstəmləkəçiliyinin Avropa müstəmləkə sistemindən fərqli xüsusiyyətləri, Azərbaycan, Gürcüstan və Rusiyanın arxiv fondlarından əldə edilən yeni sənədlər əsasında təhlil ediləcəkdir. Çar Rusiyasının Azərbaycanda torpağın əsl sahibi olan ali zümrənin sosial-iqtisadi və siyasi hüquqlarının məhdudlaşdırılması, Azərbaycanın dövlət və sahibkar kəndinin “açıq qarət” sisteminə cəlb edilməsi sahəsində tədbirləri, bölgədə xristian dayağı yaratmaq məqsədi ilə həyata keçirdiyi köçürmə siyasəti və onun nəticələri, Azərbaycanın iqtisadi sərvətlərinin mənimsənilməsi sahəsindəki addımları ilkin qaynaqlar əsasında seminar iştirakçılarının diqqətinə çatdırıldı. Elmi seminarda 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbənin əhəmiyyəti və Qarabağın 30 illik işğaldan azad olunmasının Azərbaycan tarixində yeri və rolu məsələsi də təhlil olundu. Elmi seminar maraqlı müzakirələrlə yadda qaldı.

Bookmark and Share