ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Tarix fakültəsində elmi seminar keçirilib

15/03/2022

14 mart 2022-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində elmi seminar keçirilib.

İştirakçıları salamlayan Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Azərbaycan xalqının tarixində özünəməxsus yeri olan 1918-ci il mart soyqırımı haqqında qısa məlumat verdi və keçirilən bu tip elmi tədbirlərin əsas məqsədinin ali təhsil müəssisəsinin əməkdaşlarının, gənc tədqiqatçıların, magistrantların elmi fəaliyyətini stimullaşdırmaqdan, bir əsrdən çox yaşı olan Taix fakültəsinin tanınmış alimlərinin  son elmi tədqiqatları və onların tədrisi təcrübəsini yaymaqdan ibarət olduğunu bildirdi.

Elmi seminarda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, t.e.d., professor Anar İsgəndərov "1918-ci il mart soyqırımının mənbəşünaslığı" mövzusunda məruzə ilə çıxış etdi.

Azərbaycan tarixşünaslığının ən aktual məsələlərindən biri olan 1918-ci il soyqırımı mövzusuna dair nadir arxiv sənədləri və mənbələrə istinad edən professor bildirdi ki, 1918-ci ildə Bakıda, Şamaxı şəhəri və Şamaxı qəzasında, Quba şəhəri  və Quba qəzasında, Qərbi Azərbaycan və Cənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı erməni hərbi birləşmələri tərəfindən həyata keçirilən soyqırım xalqımızın taleyində nə birinci, nə də sonuncu olmuşdur. 1905-1906-cı illərdə ermənilər Şimali Azərbaycanın ayrı-ayrı bölgələrində azərbaycanlı əhaliyə qarşı soyqırım həyata keçirdilər. Minlərlə azərbaycanlı soyqırıma məruz qaldı. Çox təəssüflər olsun  ki, Azərbaycanın milli-demokratik ziyalıları bu qırğını iki xalq arasında məişət münaqişəsi kimi dəyərləndirdilər. Halbuki ermənilər “Böyük Ermənistan” planını həyata keçirmək üçün türk-müsəlman əhalisinə qarşı soyqırıma  başlamışdılar.

Professor Anar İsgəndərov məruzəsində erməni cəmiyyətində əsrlərdir kök salmış türk düşmənliyi məsələsinin tarixi köklərinə də diqqət çəkdi. Fövqəladə Təhqiqat Komissiyasının nadir sənədlərinə istinad edərək, müqayisəli təhlil əsasında 1905 - 1906 – cı illər, 1918-ci il mart, Xocalı soyqırımlarının səbbələri və nəticələri haqqında ətraflı məlumat verdi, və nəhayət, 44 günlük Vətən müharibəsində Müzəffər Ali baş komandanın rəhbərliyi altında təcavüzkar Ermənistan ordusu üzərində tarixi zəfər qazanan Şanlı Azərbaycan Ordusunun bütün şəhidlərin və günahsız qurbanların qisasını aldığını, bu tarixi zəfərin Azərbaycan xalqının son iik yüz illik tarixində ən böyük qələbəsi olduğunu, Qarabağın düşməndən azad edilməsi ilə Vətən tarixinin ən şanlı səhifəsinin yazıldığını bildirdi.

50 nəfərdən çox iştirakçı ilə iki saata yaxın davam edən elmi seminar maraqlı müzakirələlə yadda qaldı.


Bookmark and Share