ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Tarix fakültəsində elmi seminar keçirilib

15/12/2021

14 dekabr 2021-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində "Ali məktəblərdə milli azadlıq hərəkatı mövzusunun tədrisi təcrübəsi"  mövzusunda onlayn elmi seminar keçirilib.

Seminar iştirakçılarını salamlayan Tarix fakültəsinin elmi işlər üzrə dekan müavni Kəmalə Nəcəfova elmi seminarın mövzusu haqqında qısa məlumat verdi, karantin dövründə keçirilən bu tip onlayn tədbirlərin əsas məqsədinin fakültə əməkdaşlarının və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırmaqdan ibarət olduğunu bildirdi.

Elmi seminarda Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Boran Əziz  "Ali məktəblərdə milli azadlıq hərəkatı mövzusunun tədrisi təcrübəsi" mövzusunda məruzə ilə çıxış etdi. Mövzunun mənbələri və tarixşünaslığı, öyrənilməsinin elmi cəhətdən əhəmiyyəti haqqında geniş məlumat verən məruzəçi bildirdi ki, milli azadlıq hərəkatı Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Başlanğıcını 1875-ci ild ən götürən bu hərəkat dörd dövrə bölünür. Birinci dövr 1875-ci ildən 1904-cü ilə qədərki dövrü əhatə edir. Şərti olaran «Əkinçi dövrü» adlanan bu illərdə hərəkatın ideya cücərtiləri yaranmış, onun ideoloji prinsipləri, nəzəri əsasları hazırlanmış, milli oyanış baş vermişdir. 1905-1917-ci ilin fevralına qədərki dövr hərəkatın ikinci dövrüdür. Bu mərhələdə milli hərəkat liderləri açıq siyasi mübarizə səhnəsinə çıxaraq öz tələblərini Rusiya imperatorluğunun yüksək dövlət idarələri qarşısında qoymuş və təkcə tələb irəli sürməklə məqsədə çatmağın mümkün olmadığını görüb, siyasi partiyalar (İttifaqi-müslimin, Qeyrət, Difai, Müdafiə, Müsavat) və təşkilatlar yaratdılar. Milli azadlıq hərəkatının üçüncü dövrü 1917-ci ilin fevralından 1918-ci ilin mayına qədər davam etmişdir. Bu dövrdə milli hərəkat Rusiyanı demokratik federativ respublikaya çevirmək, onun tərkibində Azərbaycan türklərinin milli-muxtar cümhuriyyətini yaratmaq səviyyəsinə qalxmış, islamçılıq, «ümmətçilik» buxovunu qıraraq keyfiyyətcə yeni bir mərhələyə – türkçülük mövqeyinə yüksəlmişdir. 1918-ci ilin martından sonra hərəkat müstəqil milli dövlətin yaradılması uğrunda mübarizəyə qalxmış və onu uğurla başa çatdırmış, nəhayət, Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. Milli hərəkatın dördüncü dövrü 1920-ci ilin aprelindən 1991-ci ilin 18 oktyabrına qədər davam etmişdir. 1920-ci il 28 aprel çevrilişindən başlayan və 1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyi bərpa edilməsi ilə başa çatan bu mərhələ Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə dövrü adlanır. Elmi seminarda 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbənin əhəmiyyəti və Qarabağın 30 illik işğaldan azad olunmasının Azərbaycan tarixində yeri və rolu məsələsi də dərin və hərtərəfli təhlil olundu. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi seminar maraqlı müzakirələrlə yadda qalıb.

Bookmark and Share