ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Tarix fakültəsində “20 Yanvar – Xalqımızın hüzn, həm də şərəf günüdür” mövzusunda dəyirmi masa keçirilib

16/01/2020

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “20 Yanvar – Xalqımızın hüzn, həm də şərəf günüdür” mövzusunda dəyirmi masa keçirilib. Tarix fakültəsinin dekan əvəzi, professor İbrahim Zeynalov tədbiri giriş sözü ilə açaraq bildirib ki, vətən və torpaq öz şəhidləri ilə ucalır. 20 Yanvar faciəsinin xalqımızın hüzn, həm də şərəf günü olduğunu qeyd edən İ.Zeynalov müstəqillik uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu vurğulayıb.

Dəyirmi masa iştirakçıları Rövşən Hətəmov, Boran Əziz, Azad Rzayev, İsmayıl Məmmədov, Sevda Hüseynova, Mehman Abdullayev faciənin Azərbaycanın müstəqillik tarixindəki əhəmiyyətindən bəhs ediblər. Qanlı hadisələrin törədilməsində əsas məqsəd, nəticələri və ibrət dərsləri haqqında müzakirələr aparılıb, onun Azərbaycan xalqının müstəqillik uğrunda azadlıq mübarizəsinin dönüş nöqtəsi olduğu qeyd olunub. Tarixçi-alimlər Ümummilli Lider Heydər Əliyevin faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək qanlı hadisəni törədənləri pisləyən kəskin bəyanatla çıxış etməsi və onun təşəbbüsü ilə faciəyə siyasi-hüquqi qiymət verilməsi barədə də danışıblar.

Tədbirdə Universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, profesor Aydın Kazımzadə, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Bookmark and Share