ELMİ ŞURA
LABORATORİYALAR
MAGİSTRATURA və DOKTORANTURA
MÜBADİLƏ PROQRAMMLARI
KONFRANSLAR
ƏLAQƏ
2019/20-ci tədris ili üçün təşkil edilən Bakalavr Pilləsi Üzrə Buraxiliş Yekun Dövlət Attestasiya Kommissiyasına Tarix fakültəsində (əyani və qiyabi şöbələr) Tarix, Regionşünaslıq, Tarix müəllimliyi və Antropoloq ixtisasları üzrə 50 nəfər gəncin buraxılış işi daxil olub.
2020-ci il iyunun 18-də komissiyanın ilk iclası keçirilib. Microsoft Teams platforması üzərində onlayn keçirilən iclasda komissiya sədri, müavinləri, komissiya üzvlər, kafedra müdirləri, elmi rəhbərlər, opponentlər və müdafiə edən gənclər iştirak ediblər. İclas komissiyanın sədr müavini professor İbrahim Zeynalovun və dekan müavini dosent Bəxtiyar Nəbiyevin sədrliyi ilə təşkil edilib.
Komissiyanın bu günkü iclasında Qədim dünya və orta əsrlər, Arxeologiya və etnoqrafiya, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) və Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedralarından, SABAH qrupları daxil olmaqla, 17 nəfər bakalavrın buraxılış işinin müdafiəsi keçirilib. Gənclərin hazırladıqları tədqiqatlar ən yüksək balla – 100 balla qiymətləndirilib.



