Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Elmi Şurasının növbəti iclasında fakültə Tədris-Metodik Şurasının sədri, Türk xalqları tarixi kafedrasının professoru Nisbət MehdiyevanınTarix fakültəsi Tədris – Metodik Şurasının 2016 – 2017 – ci tədris ili üçün hesabatı dinlənilib. Məruzədən sonra Elmi Şura iştirakçılarının sualları cavablandırılıb.
Daha sonra Elmi Şura üzvlərindən Azərbaycan tarixi (təbiət fakültə- ləri üzrə)kafedrasının müdiri, dosent Mehman Abdulla- yev, Qafqaz xalqları tarixi kafedrasının müdiri, profes- sor İradə Hüseynova, Türk xalqları tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova, Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, professor Qüdrət İsma- yılzadə, BDU Tədris-Metodik Şurasının sədr müavini, dosent Vaqif Qasımov, Tarix fakültəsinin dekanı, do - sent Azad Rzayev və BDU Tədris – Metodik Şurasının sədri, akademik Vasif Babazadə çıxış ediblər. Onlar hesabatı yüksək dəyərləndirib, bir sıra təkliflər irəli sürüblər.