ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Tarix fakültəsi Tədris – Metodik Şurasının hesabatı müsbət qiymətləndirilmişdir

01/11/2016

Bakı Dövlət Universiteti Tarix fakültəsi Elmi Şurasının 1 noyabr 2016 – cı il tarixli iclasında fakültə Tədris – Metodik Şurasının (TMŞ)2015 – 2016 – cı tədris ili üçün hesabatı dinlənilmişdir. Мəruzə ilə TMŞ – nın sədri, Türk xalqları tarixi kafedrasının professoru Nisbət Mehdiyeva çıxış etmişdir. Şura üzvlərindən Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev, Türk xalqları tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova, Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, professor Qüdrət İsmayılzadə,Qafqaz xalqları kafedrasının müdiri, professor İradə Hüseynova, Tədris işləri üzrə dekan müavini, t.ü.f.d. Bəxtiyar Nəbiyev və Tarix fakültəsinin dekanı,dosent Azad Rzayev hesabat ətrafında müzakirələrdə iştirak etmiş və onu müsbət qiymətləndirmişlər. İclasın sonunda BDU TMŞnın sədri, akademik Vasif Babazadə çıxış edərək Tarix fakültəsi TMŞnın sədri, professor Nisbət Mehdiyevanın 2015 – 2016–cı tədris ili üçün hesabatını müsbət qiymətləndirmişdir.


Bookmark and Share