ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Tarix fakültəsində Elmi Şura

13/10/2014

13 oktyabr 2014-cü il tarixində Tarix fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirildi. İclasın gündəliyinə fakültə Tədris Metodiki Şurasının hesabatı və cari məsələlər daxil idi. Elmi Şuranın genişləndirilmiş iclasında rektor. akademik Abel Məhərrəmov, prorektorlar - İradə Əliyeva, Aydın Kazımzadə və Sani Haciyev iştirak etdilər.

İclası Tarix fakültəsinin dekanı, fakültə Elmi Şurasının sədri, dosent Azad Rzayev açaraq, hesabat üçün sözü professor Məmmə Fətəliyeva verdi. M. Fətəliyev hesabatla yanaşı fakültədə görülmüş müsbət işlərdən və müəyyən çətinliklərdən də danışaraq ətraflı məruzə etdi. Elmi Şurasının iclasında həmçini. prof A. İsgəndərov, prof İ. Hüseynova, prof Ə. Muxtarova, dos K. Məmmədov çıxış etdi. Sonda rektor akad. A. Məhərrəmov çıxış edərək, Tarix fakültəsinin yarandığı ildən bu günədək fəaliyyətindən söhbət açdı. Tarix fakültəsinin Universitetin ilk fakültəsi olduğu vurğulandı. Çıxışlar zamanı müəllimlərin söz acdıqları məsələlərə aydınlıq gətirdi və Fakültə Elmi - Metodik Şurasının razı qaldığını bildirdi.

 

Bookmark and Share