ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Tarix fakültəsində 50+50 qrant layihəsinin yekun hesabat iclası keçirilmişdir.

29/06/2015

Tarix fakültəsində yekun hesabat iclası keçirilib Tədbiri giriş gözü ilə fakültənin dekanı, dosent Azad Rzayev açıb. A.Rzayev 50+50 qrant müsabiqəsində qazanılan layihənin fəaliyyət göstərdiyi 5 il ərzində yerinə yetirilən işlər barədə məlumat verib. Tarix fakültəsinin foto-video fondunun yaradılması da BDU daxili 50+50 qrant layihəsi çərçivəsində həyata keçirildiyini deyən rektor arxivlərdən toplanan materialların BDU-nun 95 illik yubileyində istifadə edildiyini və gələcəkdə də istifadə ediləcəyini qeyd edib. Belə zəruri işləri davam etdirməyin vacib olduğunu deyən fakültənin dekanı keçmiş layihələr və gələcək planlar barədə qısa məlumat verib. Sonra isə layihənin qalibləri layihələrin yekunları barədə məlumat veriblər. Dos. S.Ruintən fənn kabinetində işlərin yekunları barədə məlumat verib. Kabinetin müvafiq vəsaitlərlə təmin edilməsini davam etdirəcəyini bildirib. 35 yaşına qədər əməkdaşlar arasında qalib olan Leyla Vaqif qızı Azərbaycanın şimal-qərbində əhalinin təhsil vəziyyətinin dəyişməsi barədə məlumat verib, mövzu ilə əlaqədar hazırladıqları diaqramları təhlil edib. Hazırlanan material məqalə kimi çapa təqdim edilib. 35 yaşına qədər əməkdaşlar arasında qalib olan Aynurə Rzayeva Tarix fakültəsinin professor-müəllim heyəti və tələbələrinin yaş-cins tərkibinə dair hesabatını təqdim edib. Hazırladığı materiallardan bir hissəsinin BDU-nun 95 illik yubileyində istifadə edildiyini bildirib. Hazırlanan material məqalə kimi çapa təqdim edilib. Layihənin magistrantlar arasında qalibi Orxan İsayev “Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə türk dövlətlərinin mövqeyi” adlı layihəsi barədə məlumat verərək layihə əsasında hazırlanmış materialların çap edildiyini bildirib. Tələbələr arasında qalib Nərmin Əhmədova isə həm mətn, həm də slayd şəklində hazırladığı layihə barədə danışıb. Bu mövzunun tədris prosesində istifadəsinə zərurət olduğunu və mövzunun əhəmiyyətindən danışıb. Layihənin tədris prosesində istifadə edilməsi üçün Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasına təqdim edib. Komissiya layihələr üzrə işlərin yerinə yetirildiyini bildirib və layihələr üzrə iş başa çatmış hesab olunub..

Bookmark and Share