ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

İsveçrəli səfir BDU-nun Tarix fakültəsində olub

16/11/2017

İsveçrəli səfir BDU-nun Tarix fakültəsində olub İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder BDU-nun Tarix fakültəsində olub. Dekan, dosent Azad Rzayev qonağa BDU-nun beynəlxalq əlaqələri, o cümlədən fakültənin tarixi və bu günü barədə ətraflı məlumat verib. Dekan tarix fakültəsinin tələbələri ilə isveçrəli slavyanşünas Lorenzo Amberqin noyabrın sonunda keçiriləcək görüşü barədə də danışıb. Səfir, öz növbəsində, tarix fakültəsində olmağından məmnunluğunu ifadə edib, elm-təhsil sahəsində əlaqələrin inkişafının əhəmiyyətindən bəhs edib. Sonda qonaq tarix fakültəsinin auditoriyalarında olub, tələbələrlə görüşüb.

Bookmark and Share