ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

İsveçrəli alim Tarix fakültəsində mühazirə oxuyub

06/12/2017

İsveçrənin slavyanşünas alimi Lorenzo Amberq Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Vağzalda qiyabi görüş: Lenin və Soljenitsın Sürixdə. Onların Sürixdə fəaliyyəti və Rusiya ilə bağlı planları, İsveçrənin Rus inqilabçılarının fəaliyyətində rolu” mövzusunda mühazirə oxuyub. Mühazirə zamanı L.Amberq Lenin və Soljenitsının qiyabi görüşündən, emiqrasiya zamanı onların fəaliyyətindən, Rusiya ilə bağlı planları, habelə XX əsrin əvvəllərində rus inqilabçılarının fəaliyyətində İsveçrənin rolundan bəhs edib.

Fakültənin tələbə-müəllim heyətinin maraqla qarşıladığı mühazirənin sonunda doktor Amberq mövzu ilə bağlı onları maraqlandıran suallara cavab verib.

Qeyd edək ki, Lorenzo Amberq 1953-cü ildə Bern şəhərində anadan olub. 1972-ci ildə Jeneva Universitetinə (slavistika və germanistika) qəbul olub və 1978-ci ildə həmin universiteti bitirib. Uzun müddət İsveçrənin Belqrad (1997-2000), Nyu-Dehli (2000-2004), Moskva (2004-2006) diplomatik nümayəndəliklərində çalışıb, Gürcüstan (2006-2010) və Yunanıstanda (2010-2015) səfir olub.

L.Amberq Rusiya tarixi ilə bağlı maraqlı araşdırmaların müəllifidir və dünyanın müxtəlif ölkələrində mühazirələr və təqdimatlar keçirməkdədir.

Bookmark and Share