ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

“İstanbul 2010 – Avropanın mədəniyyət paytaxtı” mövzulu beynəlxalq elmi simpozium

10/11/2010

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əməkdaşları – Qədim dünya və orta əsrlər tarixi kafedrasının dosenti Yeganə Gözəlova, baş müəllimlər Elvira Lətifova və Nazilə Məmmədova 03-05 noyabr 2010 tarixlərində İstanbul Universiteti tərəfindən təşkil edilmiş “İstanbul 2010 – Avropanın mədəniyyət paytaxtı” mövzulu beynəlxalq elmi simpoziumda (Beyazit-İstanbul-Türkiyə) iştirak etmişlər. Konfransda müxtəlif ölkələrdən – Türkiyə, Yunanıstan, İtaliya, Serbiya, Bolqarıstan, Rusiya, Polşa, İsrail və s. dövlətlərdən alimlər məruzələrlə çıxış etmişlər. Sevindirici haldır ki, bu möhtəşəm elmi məclisdə Azərbaycanı təmsil etmiş 5 alimdən 3-ü Bakı Dövlət Universitetinin əməkdaşları olmuşdur.

Dosent Yeganə Gözəlova, baş müəllimlər Elvira Lətifova və Nazilə Məmmədovanın konfransda oxuduqları məruzələr İstanbulun Bizans dönəmi tarixinə həsr olunduğundan, konfrans təşkilatçıları və iştirakçıları tərəfindən, xüsusilə TTTK başkanı İbrahim Başağaoğlu və Afina Universitetinin professoru Lefter Ferekidis tərəfindən maraqla qarşılanmışdır.

Bakı Dövlət Universitetinin alimləri 2011-ci ilin oktyabrında İstanbul Universitetində keçiriləcək növbəti simpoziuma da rəsmi dəvət almışlar.

Bookmark and Share