ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Sankt-Peterburq Elm və Ali Təhsil Komitəsinin sədri BDU-da olub

02/10/2015

Sankt-Peterburq Elm və Ali Təhsil Komitəsinin sədri Andrey Maximov və Komitənin Beynəlxalq elmi-texniki və təhsil proqramlarının Koordinasiya Mərkəzinin Sankt-Peterburq Dövlət Büdcə Müəssisəsinin direktoru Yuri Snisarenko Bakı Dövlət Universitetdə olub. Əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə, Xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova biologiya, kimya, tarix fakültələrinin dekanları, professorlar - Akif Quliyev, Əbdülsəid Əzizov və dosent Azad Rzayev iştirak ediblər. Sankt-Peterburq Elm və Ali Təhsil Komitəsinin sədri Andrey Maksimov, öz növbəsində, BDU ilə əməkdaşlıq qurmaq istədiyini bildirib. Görüşdə, həmçinin, tərəflər arasında tələbə mübadiləsi, onların birgə arxeoloji ekspedisiyalar və qazıntılarda iştirakı məsələləri müzakirə edilib. Sonda qonaqlar universitetin elmi mərkəzləri və laboratoriyaları ilə tanış olublar.

Bookmark and Share