ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Rusiyali alimlər Tarix fakültəsində olublar

05/04/2018

Bakı Dövlət Universitetinin Tarix fakültəsində Rusiya Dövlət Humanitar və Texnologiya Universitetinin Hüquq fakültəsinin dekanı, professor Qorşkova Marina Abdullova və Məktəbəqədər təhsilin nəzəri metodikası kafedrasının dosenti Lyudmila Viktorovna ilə görüş olub.

Dekan Azad Rzayev qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edib, fakültənin beynəlxalq əlaqələrindən bəhs edib. Universitetlərarası əlaqənin önəmindən danışan dekan Rusiya Dövlət Humanitar-Texnologiya Universiteti ilə perspektiv layihələr haqqında məlumat verib.

Qonaqlar təmsil etdikləri universitet barədə məlumat verib, BDU-nun Tarix fakültəsi və kafedraların fəaliyyət istiqamətləri ilə tanışlıqlarını, elm-təhsil sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını söyləyiblər. Görüşdə yaxın gələcəkdə BDU ilə Rusiya Dövlət Humanitar-Texnologiya Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması məsələsi də müzakirə edilib.

Bookmark and Share