ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Rusiyalı tarixçi BDU-nun tarix fakültəsində olub

30/11/2017

Rusiyanın tanınmış tarixçisi və siyasi analitiki Oleq Yuryeviç Kuznetsov BDU-nun Tarix fakültəsinin qonağı olub. Dekan Azad Rzayev qonağı salamlayıb və fakültənin fəaliyyət istiqamətləri barədə məlumat verib. Qonaq, öz növbəsində, son illər həyata keçirdiyi layihələr, o cümlədən elmi fəaliyyəti barədə ətraflı məlumat verib və tarix fakültəsi ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, beynəlxalq terrorizm və erməni terrorizmi ilə bağlı məsələlərin araşdırılması üzrə MDB məkanında tanınmış mütəxəssislərdən biri olan Oleq Kuznetsov 150-dən çox elmi əsərin, beş tədris vəsaiti, elmi broşuraların, aparıcı elmi jurnallarda 35 elmi məqalənin müəllifidir. Onun “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabı isə 2016-cı ildə çap olunub.

Bookmark and Share