ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

“Şərqi Aralıq dənizi və Kipr: iqtisadi və siyasi əlaqələr keçmişdən bu günə” adlı beynəlxalq konfrans

13/01/2011

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı, professor Sani Hacıyev və fakültənin dosenti Yeganə Gözəlova 15-16 dekabr 2010-cu il tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Girne şəhərində (Girne American University, Millenium, Senate Hall) keçirilən “Şərqi Aralıq dənizi və Kipr: iqtisadi və siyasi əlaqələr keçmişdən bu günə” adlı beynəlxalq konfransda iştirak etmişlər.

Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu Rauf Raif Denktaşın, ŞKTC-nin maliyyə naziri Ersin Tatarın, ŞKTC-nin xarici işlər naziri Hüseyin Özgürgünün, Türkiyə Cümhuriyyətinin keçmiş xarici işlər naziri Murat Karayalçının da məruzəçi qismində çıxış etdiyi bu konfransda prof. Sani Hacıyev “Kipr Britaniya hakimiyyəti dönəmində”, dos. Yeganə Gözəlova isə “Kipr xaçlı dönəmində” adlı məruzələrlə çıxış etmişlər. Azərbaycanlı alimlərin hər iki məruzəsi həm konfrans iştirakçıları, həm də konfransın keçirildiyi Girne Amerikan Universitetinin əsasən əcnəbilərdən ibarət olan professor-müəllim heyəti tərəfindən maraqla qarşılanmışdır. Məruzəçilər dinləyiciləri maraqlandıran sualları məmnuniyyətlə cavablandırmışlar.

Dekan prof. Sani Hacıyev elmi ezamiyyəti gedişində, həmçinin, ŞKTC-nin Doğu Akdeniz Universiteti rəhbərliyi tərəfindən gələn dəvətlə ali məktəbin rəhbərliyi və professor-müəllim heyəti ilə görüşdə də iştirak etmişdir.

Bookmark and Share