ELMİ ŞURA
LABORATORİYALAR
MAGİSTRATURA və DOKTORANTURA
MÜBADİLƏ PROQRAMMLARI
KONFRANSLAR
ƏLAQƏ
Tarix fakültəsində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun professoru tarix elmləri doktoru Şahin Fərzəlibəylinin sədrliyi ilə 2016/2017-ci tədris ilinə aid buraxılış işlərinin müdafiəsi keçirən komissiya işini başa çatmışdır. Komissiyada Azərbaycan və rus dillərində yazılmış buraxılış işləri ilə bərabər, Türk xalqları tarixi kafedrasında yerinə yetirilmiş ingilis dilində 1 buraxılış işi də müdafiə edilmiştir.
Müdafiənin keçirilməsi üçün rektor akademik Abel Məhərrəmovdan rəsmi icazə alınmış, fakültə dekanı dosent Azad Rzayevin xüsusi sərəncamı ilə müdafiə komissiyasının tərkibinə fakültənin ingilis qruplarında dərs deyən müəllimlər daxil edilmişdilər.
Bundan sonra Regionşünaslıq (Qafqaz üzrə) IV kurs azərbaycan bölməsinin tələbəsi Gülcənnət Rəsul qızı Hüseynli ingilis dilində yazdığı “Postsovet Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında ABŞ və Rusiyanın hərbi-siyasi iştirakı” mövzusunda buraxılış işini müdafiə etmişdir (rəhbər Türk xalqları tarixi kafedrasının dosenti S.F.Ruintən, opponent kafedranın müəllimi C.Ə.Əlisgəndərli).
Müdafiə geniş müzakirə şəraitində keçirilib. Buraxılış işi komissiya tərəfindən 100 balla qiymətləndirilib. Əlavə məlumat üçün qeyd edək ki, G.R.Hüseynli tələbə olduğu müddətdə:

