İraq Respublikasının dəstəyi ilə təşkil olunan layihə çərçivəsində iraqlı professor Ali An-Nasmi Bakı Dövlət Universitetinin tarix fakültəsinin professor-müəllim və tələbə heyəti ilə görüş keçirib. "İraq-Azərbaycan tarixi əlaqələri yüzillər öncə" mövzusunda muhazirə oxuyan professor ölkələr arasında münasibətlərdən və müasir dövrdə ikitərəfli əməkdaşlıq münasibətlərindən bəhs edib . Görüşdə İraq səfirliyinin müşaviri Əbdülhəkim İsmayıl İlyas və tarix fakültəsinin İdeoloji və sosial məsələlər üzrə dekan müavini Məharət Osmanlı da iştirak ediblər.