Qazaxıstanın L.Qumilyov adına Avrasiya Milli Universiteti ilə Bakı Dövlət Universiteti arasında imzalanmış anlaşma memorandumuna əsasən adıçəkilən universitetin 17 magistrantı BDU-da olub. Qazaxıstanlı tələbələr ixtisaslarına uyğun olaraq Tarix fakültəsinin Türk xalqları tarixi, Arxeologiya və etnoqrafiya kafedralarında təcrübə keçib və sonda sertifikata layiq görülüblər. Artıq bir neçə ildir ki, qazaxıstanlı tələbələr BDU-da staj keçir.