ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Qazaxıstanlı alimlər filologiya və tarix fakültəsində mühazirə oxuyublar

25/12/2015

Bakı Dövlət Universitetində Qazax xanlığının yaranmasının 550 və müasir qazax yazılı ədəbiyyatının banisi, filosof, böyük ictimai xadim Abay Kunanbayevin 170 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfrans çərçivəsində Qazaxıstan Respublikasının tanınmış alimləri BDU-nun tarix və filologiya fakültələrində tələbələrə mühazirələr oxuyublar. Tanınmış abayşünas, akademik Qarifulla Yesim və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası nəzdindəki M. Auezov adına Ədəbiyyat və İncəsənət İnstitunun direktoru, filologiya elmləri doktoru, professor Şakir İbrayev filologiya fakültəsinin tələbələri qarşısında Abay Kunanbayevin yaradıcılığı və Qazax ədəbiyyatşünaslığının aktual problemləri mövzusunda məruzə ilə çıxış ediblər. Tarixçilər akademik Bulat Kumekov və tarix elmləri doktoru və professor Bərəkət Karibayev Qazax xanlığının yaranması tarixi mövzusunda Tarix fakültəsinin tələbələrinə mühazirə oxuyublar.


Bookmark and Share