ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

“Qafqazda mövcud münaqişələr və onlara münasibətdə dünya birliyinin münasibəti” mövzusunda açıq elmi seminar

12/04/2010

 2010-cu il mart ayının 17-də Tarix fakültəsinin “Qafqazşünaslıq” ixtisası üzrə I kurs magistrantları “Qafqazda mövcud münaqişələr və onlara münasibətdə dünya birliyinin münasibəti” mövzusunda açıq elmi seminar keçirmişlər. Seminarda Tarix fakültəsinin Elmi işlər və magistratura şöbəsi üzrə dekan müavini professor Rafael Süleymanov, Türk və Qafqaz xalqları tarixi kafedrasının müdiri pofessor Ə.İ.Muxtarova, kafedranın əməkdaşlarından professor N.C.Mehdiyeva, dosent R.O.Qurbanov, L.B.Atakişiyeva, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri dosent A.Ə.Rzayev, Azərbaycanşünaslıq ETL-in əməkdaşı M.Əsədov, həmçinin Tarix, Jurnalistika, Beynəlxalq münasibətlər fakültələrinin magistantları və bakalavr təhsil pilləsində təhsil alan tələbələrindən 25 nəfər iştirak etmişdir.

Seminarın əvvəlində Tarix fakültəsinin Elmi işlər və magistratura şöbəsi üzrə dekan müavini professor Rafael Süleymanov magistrantların elmi-tədqiqat işləinə böyük maraq göstərmələrinin sevindirici hal olduğunu qeyd etdi və onlara uğurlar arzuladı.

Bundan sonra Tarix fakültəsi Türk və Qafqaz xalqları tarixi kafedrasının müəllimi t.e.n.S.Ruintən kafedranın “Qafqazşünaslıq” və “Türk dünyası tarixi” ixtisasları üzrə magistrantlarının Jurnalistika fakültəsinin magistrantları ilə birlikdə “Birlikdə daha güclüyük” layihəsini elan etdiklərini bildirdi.

Layihənin rəhbərləri:

Sevinc Ruintən – Tarix fakültəsinin Türk və Qafqaz xalqları tarixi kafedrasının baş müəllimi, tarix elmləri namizədi, BDU-nun Beynəlxalq Elmə və Təhsilə İnteqrasiya (BETİ)  şöbəsində Tarix fakültəsinin nümayəndəsi

Təranə Mahmudova – Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müəllimi, filologiya elmləri namizədi, BDU-nun Beynəlxalq Elmə və Təhsilə İnteqrasiya (BETİ) şöbəsində Jurnalistika fakültəsinin nümayəndəsi

Layihə elan edildiyi an üçün iştirakçıları (10 nəfər):

Tarix fakültəsinin “Qafqazşünaslıq” və “Türk dünyası tarixi” üzrə I kurs magistrantları;

Jurnalistika fakültəsinin I kurs magistrantları

Layihənin müddəti: fevral 2010 - fevral 2011-ci il

 

Məqsəd:

-         tələbələrin elmi-tədqiqat işlərinə daha aktiv qoşulmalarını təmin etmək;

-         BDU-nun müxtəlif fakültələrində təhsil alan tələbələr arasında əlaqələrin yaradılması və daha da inkişaf etdirilməsini təşkil etmək;

-         tələbələrin nəzəri biliklərinin təcrübədə möhkəmləndirilməsinə yardım etmək;

-         tələbələrin dərsdən kənar vaxtlarını səmərəli və yaradıcı keçirmələrinə yardımçı olmaq.

Layihənin mərhələləri. Layihə 3 mərhələdə həyata keçiriləçək:

I mərhələ          -          2010-cu ilin fevral – may aylarını;

II mərhələ        -          2010-cu ilin iyun – sentyabr aylarını;

III mərhələ       -          2010-cu ilin oktyabr – 2011-ci ilin fevral aylarını əhatə edəcək.

tədris ili zamanı

            - elmi seminarların keçirilməsi;

            - orta ümumtəhsil məktəblərin şagirdləri ilə iş aparılması;

            - tarix və mədəniyyət abidələri ilə tanışlıq;

yay aylarında

- 1 uşaq evinə, 1 internat məktəbinə və 1 qocalar evinə ziyarət;

- tarix və mədəniyyət abidələri ilə tanışlıq.

            Bütün tədbirlərin “Bakı Universiteti” qəzetində və müvafiq fakültələrin saytlarında işıqlandırılması üçün materialların hazırlanması, foto və video çəkilişlər Jurnalistika fakültəsinin tələbələri tərəfindən aparılacaqdır.

            2011-ci ilin mart ayında layihə iştirakçıların hesabat toplantısı ilə yekunlaşacaq. Yazılı hesabat foto və video əlavələrlə birlikdə fakültələrin dekanlıqlarına təhvil veriləcək.

            Və nəhayət, layihə açıq layihədir. Arzu edənlər layihəni elan edən tərəflərin razılığı ilə ona qoşula bilərlər.

Layihənin elanından sonra seminarın mövzusu ilə bağlı aşağıdakı məruzələr dinlənildi:

-         Beynəlxalq hüquqda münaqişə anlayışı. Münaqişələrin xarakteri, onların həlli variantları  - t.e.n. Sevinc Ruintən

-         Qafqaz regionunun dünya dövlətlərinin maraqları sisteminə daxil olması. Mövcud münaqişələrin yaranması –magistant Səkinə Abbasova

-         Qafqaz regionunda mövcud münaqişələr, onların xarakteri, həlli istiqamətində görülən işlər. Proqnozlar - magistantlar Şəbnəm Ələkbərova, Elnara Qurbanova, Elvina İsgəndərova, Yelena Yermakova, Vüqar Mikayıllı, Günay Hüseynova

Çıxışlar hər biri xəritə, foto, cədvəl və diaqramlardan ibarət slaydların nümayiş etdirilməsi ilə müşaiyət olunurdu.

Sonda Türk və Qafqaz xalqları tarixi kafedrasının müdiri pofessor Əsməd Muxtarovaya söz verildi. Professor Ə.Muxtarova maraqlı seminar təşkil etdiklərinə görə kafedranın magistrantlarını təbrik etdi və gələcəkdə belə seminarların daha geniş auditoriya toplayacağına əmin olduğunu bildirdi. O, həmçinin qeyd etdi ki, biz bir qədər əvvəl əyani vəsaitlərlə, xəritələrlə və s. zəngin belə bir seminarın keçirilməsini yalnız arzu edə bilərdik. İndi isə artıq belə imkanımız var. Bunun üçün Universitetin rektoru akademik Abel Məhərrəmova və fakültəmizin dekanı dosent Sani Hacıyevə minnətdarlığımızı bildiririk. Onların səyi nəticəsində auditoriyalarımız müasirləşir, yeni texnologiyaların tədrisə tətbiqinə imkan qazanırıq. Nəzərinizə catdırım ki, heç də bütün fakültələr gördüyümüz bu imkanlara malik deyillər. Düzdür, yaxın gələcəkdə onların da belə imkanları olacaq, amma biz artıq bu yeniliklərdən faydalana bilirik. Və bunun tədrisin keyfiyyətinə necə təsir etdiyi göz qabağındadır.

Professor Ə.Muxtarova Türk və Qafqaz xalqları tarixi kafedrasının “Qafqazşünaslıq” və “Türk dünyası tarixi” ixtisasları üzrə magistrantlarının Jurnalistika fakültəsinin magistrantları ilə birlikdə elan etdikləri “Birlikdə daha güclüyük” layihəsinin də ugurlu olacağına inandığını qeyd etdi və bunun üçün kafedranın bütün əməkdaşlarının lazım olan yardımı edəcəklərini bildirdi.

 

P.S.: Gördüyümüz işin nəticəsini çox gözləməli olmadıq. Seminardan dərhal sonra 10-a yaxın tələbə layihəyə qoşulmaq istəklərini bildirdi.

Bookmark and Share