ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Professor İradə Hüseynova Minsk şəhərində MDB-yə üzv Dövlətlərin Humanitar Əməkdaşlıq Üzrə Dövlətlərarası Fondunun təşkil etdiyi beynəlxalq forumda iştirak edib.

08/07/2015

Professor İradə Hüseynova beynəlxalq forumda iştirak edib Minsk şəhərində MDB-yə üzv Dövlətlərin Humanitar Əməkdaşlıq Üzrə Dövlətlərarası Fondunun, MDB dövlətlərinin tarix institutlarının beynəlxalq Assosiasiyasının, Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin, Rusiya Elmlər Akademiyasının Ümumi Tarix İnstitutunun, Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsinin təşkilati və maliyyə dəstəyi ilə “Sovet ittifaqı II Dünya müharibəsində: Tarixin və tarixi yaddaşın aktual problemləri” mövzusunda tarixçilərin beynəlxalq yay məktəbi keçirilib. Rusiya, Belarusiya, Ukrayna, Moldova, Qazaxstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Ermənistan nümayəndələrinin iştirak etdiyi forumda Azərbaycanı Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, Erməni araşdırmaları laboratoriyasının rəhbəri, beynəlxalq Sokrat mükafatı laureatı, Azərbaycan Respublikasının Əməkdar müəllimi, tarix elmləri doktoru, professor İradə Hüseynova və Qafqaz xalqları tarixi kafedrasının doktorantı Əzim Heydərov təmsil edib. Professor İradə Hüseynova məruzə ilə çıxış edib, Azərbaycan xalqının II dünya müharibəsi illərində şücaətindən danışıb, Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Hədəf Bakıdır” filmi haqqında məlumatı forum iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanın o dövrdə SSRİ-nin bir nömrəli neft bazası, pambıq tədarükü üzrə ikinci region olduğunu, kimyaçı alimlərimizin akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə qısa müddətdə yüksək oktanlı benzin almağa nail olduqlarını, müharibə dövründə SSRİ-də istehsal olunan aviasiya yanacağının 85-90%-nin Azərbaycanda istehsal olunduğunu, ümumiyyətlə Bakının özünün bütünlüklə düşmənə qarşı güclü bir silaha çevrildiyini, 123 nəfər həmvətənimizin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 30 nəfərin Şöhrət ordeninin bütün dərəcələri, 176 min nəfərin isə müxtəlif orden və medallarla mükafatlandırıldığını konfrans iştirakçılarına çatdıran professor İ.Hüseynovanın məruzəsi forum iştirakçılarının marağına səbəb olub.


Bookmark and Share