ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Prezident Musa Qasımlını “Şöhrət” ordeni ilə təltif etdi

30/10/2017

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Qasımlı “Şöhrət” ordeni ilə təltif edilib.

Musa Qasımlı 1957-ci il 28 oktyabrda Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. 1974-cü ildə orta məktəbini tərifnamə ilə bitirib. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə qəbul olub.1979-cu ildə tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1979-1982-ci illərdə Yardımlıda müəllim işləyib. Bakı Dövlət Universitetinin Yeni və ən yeni tarix kafedrasının (Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi) əyani aspiranturasında təhsil alıb.Beynəlxalq münasibətlər tarixi problemlərinə dair fəlsəfə doktoru dissertasiya işini müdafiə edib.SSRİ EA-nın Beynəlxalq münasibətlər və SSRİ-nin xarici siyasət tarixi Elmi Şurasının üzvü seçilib və bir sıra beynəlxalq konfranslarda respublikamızı təmsil edib.

Musa Qasımlı 35 yaşında doktorluq dissertasiyası işini müdafiə edib. Ölkədə ən gənc tarix elmləri doktoru, professor olub. 80-ci illərin ortalarında Azərbaycan radio dinləyiciləri tərəfindən maraqla dinlənilən “Dünya: analitik-informasiya proqramı”nın yaradıcısı və aparıcısı olub. Onun şərhləri və dərin təhlillərirəğbətlə qarşılanıb.Ona görə də Azərbaycan televiziyasının “Bizim planet: hadisələr və şərhlər” analitik-infoormasiya proqramının aparıcılığına dəvət alıb. Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Respublikası Ali Sovetinin yeni qurulan beynəlxalq əlaqələr şöbəsində köçürmə yolu ilə işləmək üçün dəvət alıb.

Milli Məclisin aparatında işləmək Musa Qasımlının qanunverici orqanda və beynəlxalq təşkilatlarda iş təcrübəsi toplamasında mühüm bir vasitə olub. Bu isə onun sonrakı deputatlıq fəaliyyətində təsirli rollardan birini oynayıb. 1997-ci ildə MusaQasımlıBDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında professor vəzifəsində işini davam etdirib. O, Azərbaycan ilə yanaşı dünyanın bir sıra ölkələrinin – ABŞ, Rusiya, Türkiyə, Gürcüstan, Praqda ATƏT arxivi, Vyanada BMT arxivi və kitabxanalarında araşdırmalar apararaq o zamanadək istifadə edilməyən bir çox fakt və materialları aşkarlayıb,Azərbaycanın beynəlxalq əlaqələrinə, xarici siyasətinə və böyük dövlətlərin Azərbaycan siyasətinə dair qiymətli əsərlər yazıb. Azərbaycan tarixinin öyrənilməmiş bir sıra aktual problemlərinin - Azərbaycanın beynəlxalq mədəni əlaqələri (1946-1991), Azərbaycan-Türkiyə diplomatik-siyasi münasibətləri (1920-1922), xarici dövlətlər və Azərbaycan (1920-1922), Birinci dünya müharibəsi illərində "könüllü" adı altında erməni silahlı bandalarının hazırlanması və fəaliyyətləri, Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918), SSRİ-Türkiyə diplomatik-siyasi münasibətləri (1960-1991), Azərbaycan istiqlal mübarizəsi və xarici dövlətlər (1920-1945), "Erməni məsələsi"ndən "erməni soyqırımı"na (1724-1920), Cənubi Qafqaz Antanta ölkələri, Rusiya və Türkiyə arasında (1920-1923), 1920-1994-cü illərdə Ermənistanın əsassız ərazi iddialarının və b. araşdırılması onun adı ilə bağlıdır.

Musa Qasımlının 15 kitabı və 82 elmi məqaləsi ABŞ, Argentina, Türkiyə, Böyük Britaniya, Rusiya, Almaniya, Ukrayna, Polşa, Rumıniya, Qazaxıstan, Makedoniya, Gürcüstan, İran, Çexiya, Kipr və b. ölkələrdə ingilis, ispan, türk, rus, ukrayn, polyak, rumın, fars və b. dillərdə nəşr edilib. Əsərləri haqqında xaricdə müsbət rəylər dərc olunub. Əsərlərinə ABŞ, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İraq, Polşa, Rumıniya və başqa ölkələrin alimləri istinad ediblər. Musa Qasımlı Azərbaycan tarix elmini beynəlxalq aləmdə layiqincə təmsil edən görkəmli alimdir. O, 1985-2017-ci illərdə 50-dən çox beynəlxalq elmi konfransda – Orlando, San-Fransisko, Los-Ancelos (ABŞ), Plovdiv (Bolqarıstan), Krakov,Varşava (Polşa), Frankfurt, Köln, Berlin, Dortmund, Bielefald, Hamburq (Almaniya), Skopye (Makedoniya), Vyana (Avstriya), Krakov (Polşa) Budapeşt (Macarıstan), Bilkent, İstanbul, Ankara, Elazığ, Ərzurum, İqdır, Ardahan, Trabzon, İzmir, Ədirnə, Bandırma, Əskişəhər, Uşak, Bitlis, Malatya, Kayseri, Kahramanmaraş, Giresun, Bayburt (Türkiyə), Moskva, Yekaterinburq, Nijni Novqorod, Rostov (Rusiya), Tiflis, Batum (Gürcüstan), Tehran, Təbriz, Urmiya (İran), Vilnüs (Litva), Odessa, Kiyev (Ukrayna), Türküstan, Astana (Qazaxıstan), Tallin (Estoniya), Amsterdam (Hollandiya), Lefkoşa, Qazimaqosa, Girne (Kipr) və b. dəfələrlə etdiyi məruzələr maraqla qarşılanıb. Musa Qasımlının Təhsil Nazirliyi Elmi-Metodik Şurası tarix bölməsinin (1997-1999), Dərslikləri Qiymətləndirmə Şurasının (2009-2014) üzvü olaraq ölkədə dərslik sisteminin qurulmasına öz əməyini verib. Təhsil sahəsində xidmətlərinə görə 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. Musa Qasımlıbir sıra beynəlxalq elmi cəmiyyətlərin və tədqiqat mərkəzlərinin üzvü olub və indi də davam edir. O, 1987-1991-ci illərdə SSRİ Siyasi Elmlər Assosiasiyasının, SSRİ Elmlər Akademiyasının Beynəlxalq münasibətlər və SSRİ-nin xarici siyasət tarixi Elmi Şurasının üzvü olub.O, ABŞ-ınHarvard Universitetinin Mərkəzi Avrasiya Araşdırmaları Cəmiyyətinin, Arizona Universitetindəki Avrasiya Araşdırmaları Cəmiyyətinin üzvü, Ukraynada YUNESKO-nun Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü,TürkiyədəTURAN Strateji Araşdırmalar Mərkəzinin, Orta Asiya və Qafqaz Araşdırmaları Qurumunun və Türk SAM üzvüdür. Beynəlxalq indeksli bir neçə elmi jurnalın “Avrasiya Araşdrımaları”, TURANSAM”, “Türk eli”, “Atatürk yolu” (Türkiyə), “Rumın Avrasiya Araşdırmaları” (Rumıniya), “Kavkaz i mir” (Gürcüstan), “Tarix”, “Amerikan tarixi və siyasəti” (Ukrayna) elmi jurnallarının beynəlxalq məsləhətçilər qurpunun üzvü olması Musa Qasımlının nüfuzunun göstəricilərindən biridir. Ölkəmizdə beynəlxalq münasibətlər tarixi və siyasi elmlər üzrə alimlərin hazırlanmasında Musa Qasımlının böyük əməyi vardır.Onun rəhbərliyi altında 18 nəfər fəlsəfə doktoru, 3 nəfər isə elmlər doktoru dissertasiyası işini müdafiə edib. O, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda fəaliyyət göstərən ixtisaslaşdırılmış doktorluq Müdafiə Şurasının həmsədri (1997-1999), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının (2004-2007),Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvü olub. BDU-da fəaliyyət göstərən ixtisaslaşdırılmış doktorluq Müdafiə Şurasının üzvüdür. 2016-cı ildən Musa Qasımlının elmi-təşkilatçılıq fəaliyyətində yeni bir səhifə açılıb. AMEA-da yeni yaradılan Qafqazşünaslıq İnstitutunun direktoru seçilib.O, qısa müddətdə beynəlxalq elmi aləmdə tanınan tədqiqat institutu quraraq bacarıqlı elm təşkilatçısı olduğunu təsdiq edib. Milli Məclisin fəal deputatlarından biri olan Musa Qasımlı qanun yaradıcılığı işində yaxından iştirak edir. O, sadə, səmimi və təvazökardır.Seçicilərinin yanında olması, onları maraqlandıran məsələlərin həllinə yardım etməsi və qarşılarında hesabat verməsi ilə xüsusi rəğbət qazanıb. Milli Məclsinin beynəlxalq əlaqələrində yaxından iştirak edən Musa Qasımlı Türkiyə, Kanada, Braziliya, Peru, Meksika, Argentina, Danimarka, Malta, Estoniya, Bosniya və Hersoqovina parlamentləri ilə dostluq qrupunun üzvü, Əfqanıstan parlamenti ilə dostluq qrupunun sədridir.

Musa Qasımlı ölkənin ictimai-siyasi həyatında fəal iştirakı ilə seçilir. O, Azərbaycan KİV-lərində etdiyi çıxışları ilə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan quruculuq işlərinin əsas təbliğatçılarından biridir. Musa Qasımlı eyni zamanda Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin və Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. Ömürünün 60 ilində Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlıya uzun ömür, can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

Bookmark and Share