ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

“Novruz mühazirəsi”nə başlanılır

27/02/2018

Fevralın 27-də Təhsil Nazirliyi ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin iştirakı ilə Şamaxı şəhərində ilk “Novruz mühazirəsi” keçirəcək.

Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, ziyalılar, media rəhbərləri, QHT nümayəndələri, təhsil ekspertləri, KİV təmsilçiləri iştirak edəcək.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli sərəncamına uyğun olaraq, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin ictimaiyyətə daha dolğun çatdırılması, əcnəbi tələbələrin bununla bağlı məlumatlandırılmasıdır.

“Novruz mühazirəsi”ndə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin professoru Anar İsgəndərov “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda çıxış edəcək.

Növbəti mühazirə martın 6-da Gəncə şəhərində tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin təqdimatında “Azərbaycan Xalq Cümhuriyyəti və milli kimlik” mövzusunda keçiriləcək.

Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər populyar dildə ictimaiyyətə çatdırılır.

edu.gov.az

Bookmark and Share