ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Bakı Dövlət Universitetində Novruz şənliyi keçirilib

17/03/2015

Bu gün Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ənənəvi Novruz şənliyi keçirilib.

Bütün tədbir iştirakçılarını Novruz Bayramı münasibəti ilə təbrik edən rektor Abel Mehərrəmov Novruz tarixi kökləri, özünə məxsus xüsusiyyətləri haqqında danışıb, bu bayramın sülh, dostluq, mənəvi saflıq, barışıq, birlik, bərəkətlilik, təbiətin oyanışı kimi xarakterizə edib. Xalqımızın dəyərləri arasında Novruz ənənələrinin xüsusi yeri olduğunu deyən rektor Universitetin 17 fakültəsinin ərsəyə gətirdiyi Novruz səhnəsinə baxış keçirib. Bir-birindən gözəl, yüksək zövqlə hazirlanmış və Novruz bütün atributlarını özündə əks etdirən səhnələrin hərbiri ilə  ayrı -ayrıqda tanış olan rektor, fakültə əməkdaşları və tələblərin tədbirə xüsusi hazırlaşdıqlarını qeyd edib.

Novruz səhnəsinə baxışdan sonra münsiflər heyətinin qərarına uyğun olaraq qaliblər müəyyənləşdirilib. Birinci yer kitabxanaçılıq, informasiya fakültəsi layiq görülüb və fakültəyə 400 manat mükafat verilib. Digər 16 fakültə 2- yer tutublar və onların hərbirinə 300 manat mükafat verilib

Təbrik konsert proqramə ilə davam edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share