Bakı Dövlət Universitetinin Tarix fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı və “EDU Company” Təhsil Mərkəzinin dəstəyi ilə 18 oktyabr-Dövlət Müstəqillik Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” adlı intellektual oyun keçirilib.
Oyunda Tarix, Hüquq, Filologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin tələbələrindən ibarət komandalar mübarizə aparıblar. Qalib komanda “Tornado” olub. II yerə “Barbarossa” və III yerə isə “Gənc filoloqlar” layiq görülüblər. Qeyd edək ki, I yerin qaliblərinə “Akadem” kitab evindən kitablar,“EDU Company” Təhsil Mərkəzi tərəfindən endirim kartları təqdim olunub.