ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ilinə həsr olunmuş Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı

02/05/2016

Aprelin 29-30-da Qafqaz Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşlığı və “Akkord” sənaye tikinti investisiya korporsiyasının sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ilinə həsr olunmuş Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı keçirilib.Tədbirə Azərbaycandan olan gənc tədqiqatçılarla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Kanada, Rusiya, Türkiyə, Macarıstan, Ukrayna, Polşa, İndoneziya, İran, Çexiya, Albaniya, Əlcəzair, Misir, Estoniya, Gürcüstan, Yunanstan, Makedoniya, Pakistan, Qazaxstan, Qırğızıstan, Özbəkistan, Qana, Kenya, Nigeriya, Filippin, Rumınya, Sudan, İsveçrə, Venesuella kimi 32 ölkənin 150-yə yaxın gənc elm adamı öz tezisləri ilə qatılmışlar. Konfransda Bakı Dövlət Universitetinin Tarix fakültəsinin TEC sədri Bayramova Aygün öz tezisi ilə fakültəni təmsil etmiş və sertifikatla təltif olunmuşdur. Qeyd edək ki, bu Bayramova Aygünün konfransda ilk çıxışı deyil. Daha öncə də Bakı Slavyan Universitetində Təşkil olunmuş Beynəlxalq Elmi Konfranslarda da öz tezisləri ilə fakültəmizi təmsil etmişdir. Bayramova Aygün Tarix fakültəsinin antropologiya ixtisası II kurs tələbəsidir.


Bookmark and Share