ELMİ ŞURA
LABORATORİYALAR
MAGİSTRATURA və DOKTORANTURA
MÜBADİLƏ PROQRAMMLARI
KONFRANSLAR
ƏLAQƏ
İyulun 3-də Muğla Sıtkı Köçmen Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölünümünün dosenti Ahmet Yigit Mövlanə proqramı çərçivəsində Tarix fakültəsində olub. Fakültənin kafedraları ilə tanış olduqdan sonra dos.A.Yigit “Osmanlı tarixi qaynaqlarda” adlı mövzuda mühazirə oxumuşdur. Dos.A.Yigit çalışdığı universitetdə Osmanlı tarixinin Avropa sisteminə uyğun olaraq tədrisi, bakalavr, magistr və doktorluq pillələrində təhsilin neçə olması barədə geniş məlumat vermişdir. Eyni zamanda, Osmanlı tarixinə aid materialların saxlandığı mənbələr, mənbələrin xüsusiyyətlərini, mənbələrdə əks olunan məsələləri umumi olaraq izah etmişdir. Sultan I Murad dövründə yaradılan dövlət təsisatları, əhali siyahıyaalmaları, vergi ödəmələri, məhkəmə sistemi əks olunan mənbələrin əldə edilməsi üçün hansı arxivlərə müraciət edilməli olduğunu dedi. Mühazirənin sonunda professor-müəllim heyətinin suallarını cavablandırdı.


