ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Müqəddəs Ramazan ayınız mübarək olsun!

24/05/2020

İslamın müqəddəs bayramları içərisində Ramazan bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Ramazan ayında oruc tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfqətli və müqəddəs ay hesab edilir. Onu “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Həmin gecəyə “qədir” və ya “əhya” gecəsi deyilir.

Müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu və həcci, Qurban bayramlarını hicri-qəməri təqviminə əsasən qeyd edirlər. Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir. Ramazan ayında fani varlıqlar sanki savaş meydanına çıxır. İmanla nəfs bu meydanda çarpışır. Nəfs hər imanlı işi üstələmək, pis vərdişlərin davamını diləyir. İnanclar mətanətlə buna qarşı çıxır, dil yalandan, göz və könül haramdan uzaqlaşır. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir. Sovet hakimiyyəti dövründə, İslamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan edilmişdi. Lakin imanlı adamlar gizli də olsa, öz borclarını yerinə yetirirdilər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu, İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət də dəyişdi. Orucluq bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa başlandı.

Bookmark and Share