Tarix fakültəsində Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovla görüş keçirilmişdir. Görüşdə milli qəhrəmanın cəbhə yoldaşları Qarabağ müharibəsindən, İ. Hüseynovla birlikdə keçirdikləri döyüşlərdən, həmin tarixi hadisələrin gənclərə çatdırılmasının əhəmiyyətindən danışmışlar. Fakültənin dekanı Azad Rzayev tarixçi tələblərlə milli qəhrəmanların görüşünün əhəmiyyəti, Qarabağ müharibə veteran dos. Atamoğlan Məmmədli isə müharibədə baş verənlərin müxtəlif dillərdə dünya ictimaiyyətində çatdırılmasının vacibliyindən danışmışlar. Tələbə Həmkarlarlar Təşkilatının sadri Anar Cəfərov tələbələrin vətənpərvəlik hisslərindən, müharibənin canlı şahidlə ilə görüşlərin tarixçi gənclər üçün əhəmiyyətindən, dünyanın 1 nömrəli terrorçusu M. Melkonyanı öldürən İ. Hüseynovla fəxr etdiklərindən danışdı. Görüş zamanı Milli qəhrəman İ. Hüseynov barədə çəkilmiş "Kəşfiyyatçı" filmi nümayiş olunmuş, "Xüsusi təyinatlı" kitabının təqdimatı keçirilmişdir.